Xorvatiya ilə oyunöncəsi İtaliya millisində itki

02:30 - 12 Noyabr 2014

Marko Verratti sıradan çıxdı  
 
AÇ-2016-nın seçmə mərhələsində Xorvatiya millisi ilə oyunöncəsi İtaliya yığmasında ciddi itki baş verib.
 
Sportal.az xəbər verir ki, Marko Verratti qarşıdakı oyunda millisinə kömək edə bilməyəcək.  PSJ-də forma geyən yarıümmüdafiəçi zədəsində ağrılar baş qaldırdığı üçün millinin hazırlığına qatılmayıb.  
 
Qeyd edək ki, “Skuadra adzurra” seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Milanda Xorvatiya ilə qarşılaşacaq. 

Xəbər xətti