Sabiq "Çelsi"li hücumçu İngiltərə klubuna baş məşqçi təyin olundu

13:25 - 13 Noyabr 2014

Hollandiyalının məşqçi kimi 3-cü sınağı

 

"Çelsi" klubunun sabiq futblçusu Cimmi Xasselbaynk İngiltərənin II liqasında mübarizə aparan "Barton Albion"a baş məşqçi təyin olunub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Xasselbaynk bu postda Qeri Rovettanı əvəzləyib.

 

Qeyd edək ki, 2011-ci ildə məşqçilik karyerasına başlayan Xasselbaynk "Nottingem Forest"də baş məşqçi köməkçisi, 2013-cü ildə isə Belçikanın "Antverpen" klubunda baş məşqçilik edib.

Xəbər xətti