"Legionerin bizə yumruq atması yolverilməzdir"

18:10 - 13 Noyabr 2014

"Mən də gözləməzdim ki, Ramos məni vursun"

 

“Həmişə “Neftçi”yə qarşı oyunlarda daha istəkli oluruq. Yoldaşlıq matçı olsa da, “Neftçi” üzərində böyükhesablı qələbə bizə çox xoş oldu. Çünki rəqibimiz böyük komanda idi. Həqiqətən inanmırdıq ki, hesab 4:1 olar. “Qarabağ”la oyun öncəsi bu cür qələbə yerinə düşdü”.

Bu sözləri Qol.Az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Nurlan Novruzov “Neftçi” ilə yoxlama matçından (4:1) sonra deyib.

Gənc futbolçu oyun zamanı “Neftçi”nin paraqvaylı yarımmüdafiəçisi Erik Ramosun onu yumruqla vurmasına da münasibət bildirib: “Mən də gözləməzdim ki, Ramos məni vursun. Cərimə zəribəsi zamanı Ramos qapıçımızın arxasında durmuşdu. Mən də onun yanına getdim ki, qapıçımıza mane olmasın. O isə yumruqla məni vurdu. Yəqin əsəbi olub. Futbolda belə hadisələr tez-tez olur. Ancaq legioner futbolçunun bizə yumuruq atması yolverilməzdir. Yoldaşlıq oyununda belə hərəkətin heç yeri yox idi. Biz isə buna qarşı heç nə edə bilmərik. “Neftçi” klubu futbolçusu haqda lazımi tədbirlər görməlidir”.

Xəbər xətti