"Qarabağ"ın rəqibi iki futbolçusunu itirdi

01:30 - 14 Noyabr 2014

İvan Striniç və Nikol Kaliniç millinin düşərgəsini tərk etdi
 
AÇ-2016-nın seçmə qrup mərhələsi çərçivsində İtaliya millisi ilə səfər oyunöncəsi Xorvatiya yığma komandası itkilərlə üzləşib.
 
Sportal.az xəbər verir ki, müdafiəçi İvan Striniç və hücumçu Nikol Kaliniç zədə səbəbbindən millinin düşərgəsini tərk edib. İtaliya millisinə qarşı forma geyə bilməyəcək hər iki futbolçu çıxış etdiyi “Dnepr” klubunun bazasına qayıdıb.
 
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” növbəti oyununu səfərdə “İnter”ə qarşı keçirəcək. Bu qarşılaşmada Ukrayna təmsilçisi aparıcı futbolçular xidnətindən yararlana bilməyəcəyi ehtimal olunur.    

Xəbər xətti