“Əgər Noyer dünyanın ən yaxşı futbolçusu seçilməsə, onda sorğuda səs verənlər kordular"

00:30 - 15 Noyabr 2014

Zepp Mayer: "O həm millidə həm də klubda özünü yaxşı tərəfdən göstərib"
 
“Bavariya” klubunun sabıq qapıçısı Zepp Mayer dünyanın ən yaxşı oyunçusu olaraq Manuel Noyeri görür.
 
Sportal.az xəbər verir ki, veteran futbolçu “Qızıl top” mükafatını Almaniya milli komandasının qapıçısına təqdim olunacağına ümid edir:
 
“Əgər Noyer dünyanın ən yaxşı futbolçusu seçilməsə, onda sorğuda səs verənlər kordular. O, dünya çempionu adını qazandı və munduialın ən yaxşı qapıçısı seçildi. “Qızıl top” mükafatı dünya çempionatı və klubda çıxışına görə ən yaxşı futbolçuya verirlər.
 
Noyer həm millidə həm də klubda özünü yaxşı tərəfdən göstərib. Dünyanın ən yaxşı oyunçusu olmaq üçün bunadan başqa nə lazımdır? Ona görə də ümid edirəm ki, sorguda iştirak edən baş məşqçilər, futbolçular və jurnalistlər doğru seçim edəcək və bhununla da dünyanın ən yaxşı oyunçusunu müəyyən edəcəklər”.      

Xəbər xətti