San Marino 13 ildən sonra sevindi

11:00 - 16 Noyabr 2014

Cırtdan ölkə təmsilçisi 1 xala sevindi

 

"Avro-2016"nın seçmə mərhələsində səfərdə Estoniya ilə 0:0 bərabərə qalan San Marino yığması ilk xalını qazanıb.

 

Sportal.az xəbər verir ki, bu, San Marinonun 13 ildən sonra seçmə mərhələlərdə qazandığı ilk xaldır. Komanda səfərdə qazandığı 1 xalla 61 oyunluq məğlubiyyət seriyasını qırıb.

 

Qeyd edək ki, San Marino daha öncə 2001-ci ildə Latviya ilə 0:0 bərabərə qalmaqla xal qazanmışdı.

Xəbər xətti