Hollandiya - Latviya 6:0 VİDEO

23:30 - 16 Noyabr 2014

Qus Hiddinkin komandası özünə gəlir
 
AÇ-2016-nın seçmə mərhələsində 4-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Aqrupunda Hollandiya millisi doğma meydanda Latviya yığmasını qəbul edib.Seçmə mərhələ oyunlarına uğurlu start vermıəyən hollandların bu tura qədər aktivində bir qələbəsi var idi.
 
Qus Hiddinkin komandası bu oyunda da xal itirəcəyi halda final mərhələsinə birbaşa vəsiqə qazanmaq şansını çətinə salacaqdı. Lakin oyuna fəal başlayan meydan sahibləri artıq 6-cı dəqiqədə van Persinin qoluyla hesabı açıblar. Fasiləyə qədər rəqib qapısına daha iki dəfə yol tapan “zanbaqlar” ölkəsi ikinci 45 dəqiqədə də daha üç qol vuraraq Latviya üzərində böyükhesablı qələbəsini rəsmləşdirib.      
 
 
Hollandiya – Latviya  6:0
Qollar: van Persi, 6, Robben, 35, 82, Huntelaar, 42, 89, Bruma, 77
 
 
 

Xəbər xətti