Fakketti mükafatı Tottiyə təqdim olundu

02:00 - 18 Noyabr 2014

"Bu klub həyatımın bir parçasıdır və ona olan sevgim sonsuzdur"
 
İtaliyanın məşhur “La Gazzetta dello Sport” nəşri Fakkettinin adına tərtib etdiyi mükafatı “Roma” klubunun kapitanı Françesko Tottiyə təqdim olunub.
 
Sportal.az xəbər verir ki, bu mükafat hər il özünü hərtərəfli cəhətdən yaxşı göstərən futbolçuya və ya baş məşqçiyə verilir. 2012-ci ildə bu mükafata İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli layiq görülüb. Ötən il is imükafatı “Barselona”da çıxış edən müdafiəçi Erik Abidal qazanıb. Bu dəfə meydanda özünü yaxşı tərəfədən apardığına və göstərdiyinə görə beynəlxalq mükafata Totti sahib çıxıb. “Roma” klubunun aparıcı lideri mükafatlandırmadan sonra açıqlama verib:
 
“20 ildir “Roma”da çıxış edirəm. Bu klub həyatımın bir parçasıdır və ona olan sevgim sonsuzdur. "Roma"da bir sıra titullar qazanmışam. Fakkettinin adıyla bağlı bu mükafat da onlar arasında yer alacaq”     

Xəbər xətti