İker Kasilyas: "Müller mənə onu xatırladır"

12:25 - 18 Noyabr 2014

Təcrübəli qapıçıdan açıqlama

 

Bu gün yoldaşlıq görüşü çərçivəsində Almaniya ilə qarşılaşacaq İspaniya yığmasının qapışısı İker Kasilyas rəqib komandanın heyətində Tomas Müllerin oyununu çox bəyəndiyini bildirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, təcrübəli qapıçı öz açıqlamasında bunları qeyd edib:

 

"Mülleri bir oyunçu kimi çox bəyənirəm. O, mənə Raulu xatırladır. İnanıram ki, bu gün baş tutacaq qarşılaşmamız çox maraqlı alınacaq."

 

Qeyd edək ki, İspaniya - Almaniya matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.

Xəbər xətti