AFFA "Kəpəz" və "Şəmkir"i cəzalandırdı

16:45 - 18 Noyabr 2014

"Kəpəz"  100 manat, "Şəmkir" isə 20 manat cərimə ödəyəcək

 

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan birinci divizionunun son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan birinci divizionun XI turunun “Neftçala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Azərbaycan birinci divizionun XI turunun “Lokomotiv” – “Şəmkir” matçının 90+2-ci dəqiqəsində “Şəmkir” klubunun 29 nömrəli futbolçusu Vüqar İbrahimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.

Xəbər xətti