"Şişirdiləsi bir şey yoxdur"

19:20 - 19 Noyabr 2014

"Futbolçular arasında belə şeylər ola bilər"

 

"Qarabağ"la oyuna hazırıq. Sabahkı Premyer Liqa oyununa uğur qazanmaq üçün çıxacağıq. Futbolçulardan qapıçı Aqil Məmmədov və müdafiəçi Elşad Manafovun zədəsi var".

 

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca sabah Premyer Liqanın 12-ci turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışarkən deyib.

 

Türkiyəli mütəxəssis bugünkü məşqdə komandanın iki futbolçusu - Nuran Qurbanov və Jaba arasında yaşanan gərginliyə də münasibət bildirib: 

 

"Şişirdiləsi bir şey yoxdur. Futbolçular arasında belə şeylər ola bilər. Vəziyyətə özüm nəzarət edirdim. Hər şey qaydasındadır".

Xəbər xətti