Jeremi Kleman: “Qarabağ"la qarşılaşma həlledici xarakter daşıyacaq”

02:30 - 22 Noyabr 2014

"Hər iki cəbhədə mübarizə aparmağa yetərincə gücümüz var” 
 
“Qarabağ"la qarşılaşma həlledici xarakter daşıyacaq. Bundan başqa bizi 3 vacib oyun gözləyir”. 
 
Sportal.az xəbər verir ki,  bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen" klubunun üzvü Jeremi Kleman deyib.
Sbah ölkə çempionatına “Nant”la keçirlicək oyunla bağlı futbolçu klubun rəsmi saytına açıqlama verib.
 
“Biz “Nant”la da oyunu düşünürük. Hər 3 qarşılamada da oynamaq istəyirəm. Bundan başqa, dekabr ayı mövsümün ikinci yarısı üçün həlledici ola bilər. Ölkə çempionatında mübarizə aparmaq lazımdı. Avropa Liqasında iki çətin oyunumuz qalır. Ardıcıl oynayanda bərpa və forma yığmaq üçün xeyli vaxt gedir. Ona görə də qarşıdakı oyunlarda bütün gücümüzü qoyub lazım olan nəticəni əldə etməliyik. Hər iki cəbhədə mübarizə aparmağa yetərincə gücümüz var” 
 
Qeyd edək ki, Avropa Liqasının F qrupunda 8 xalla "İnter" liderdi. Hərəyə 4 xal toplayan "Dnepr", "Qarabağ" və "Sent-Etyen" isə sonrakı 3 yerlərdə qərarlaşıblar.
   

Xəbər xətti