"Latsio" - "Yuventus" 0:3 VİDEO

02:15 - 23 Noyabr 2014

Turin təmsilçisi səfərdən qələbəylə dönür  
 
İtaliya A Seriyasında 12-ci tura start verilib.
 
Sportal.az xəbər verir ki, lider “Yuventus” səfərdə “Latsio”yla qarşılaşıb. Oyuna fəal başlayan turinlilər 24-cü dəqiqədə fransalı Poqbanın sayəsində hesabı açıblar. Fasiləyə üstün yollanan qonaqlar ikinci 45 dəqiqədə rəqibin qapısına daha iki dəfə yol tapıblar. Əvvəl Teves ardınca da yenidən Poqba fərqlənib.         
 
 
“Latsio” – “Yuventus”  0:3
Qollar:  Poqba, 24, 64, Teves, 55

 

 

 

Xəbər xətti