"Bakı"da "Sumqayıt"la matç öncəsi itki

11:25 - 23 Noyabr 2014

Futbolçu cəzalı duruma düşüb

 

Premyer Liqanın 13-cü turunda  "Sumqayıt"la qarşılaşacaq "Bakı"nın heyətində Nuran Qurbanov iştirak edə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi "Qarabağ"la oynanan matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

 

Qeyd edək ki, "Sumqayıt"  - "Bakı" matçı sabah saat 17:00-da start götürəcək.

Xəbər xətti