Rüfət Dadaşovun komandası qələbə qazandı

16:30 - 26 Noyabr 2014

Həmyerlimiz oyunun 89-cu dəqiqəsində meydana daxil olub

 

Almaniyanın Cənub Regional Liqasında 18-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Saarbryuken" də növbəti matçına çıxıb.

Komanda doğma meydanda "Homburq"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Saarbryuken" turnir cədvəlində 38 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti