"Sent-Etyen" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

16:45 - 26 Noyabr 2014

Allen Sen-Maksimin və Mövlud Ərdinç "Qarabağ"a qarşı oynamayacaq

 

"Sent-Etyen" klubu Avropa Liqasının qrup mərhələsinin V turunda sabah qarşılaşacağı "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin iki futbolçusu zədə səbəbindən sabahkı oyunda iştirak etməyəcək.

Allen Sen-Maksimin və Mövlud Ərdinç "Qarabağ"la qarşılaşmada komandalarına kömək edə bilməyəcəklər.

Qeyd edək ki, "Sent-Etyen" - "Qarabağ" oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Xəbər xətti