İlin ən yaxşı 20 müdafiəçisi açıqlandı FOTO

19:45 - 26 Noyabr 2014

Siyahıda "Real"ın futbolçuları üstünlük təşkil edir

 

FİFA ilin rəmzi komandası üçün ən yaxşı 20 müdafiəçinin adını açıqlayıb.

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, 20 müdafiəçidən 4-ü rəmzi komandada yer alacaq. Ən yaxşılar isə dünya on minə yaxın peşəkar futbolçunun səsi ilə müəyyənləşəcək.

Siyahıya daxil olan futbolçuları diqqətinizə çatdırırıq:

David Alaba (Avstriya, "Bavariya”), Jerom Boatenq (Almaniya, "Bavariya”), Jordi Alba (İspaniya, "Barselona”), Dani Alveş (Braziliya, "Barselona”), Daniel Karvaxal (İspaniya, "Real Madrid”), David Luiz (Braziliya, PSJ), Felipe Luis (Braziliya, "Çelsi”), Dieqo Qodin (Uruqvay, "Atletiko"), Mats Hummels (Almaniya, "Borussiya"), Branislav İvanoviç (Serbiya, "Çelsi”), Vinsent Kompani (Belçika, "Mançester Siti”), Filip Lam (Almaniya, "Bavariya”), Marselo (Braziliya, "Real”), Xavyer Maskerano (Argentina, "Barselona”), Pepe (Portuqaliya, "Real”), Jerard Pike (İspaniya, "Barselona”), Serxio Ramos (İspaniya, "Real”), Tiaqo Silva (Braziliya, PSJ), Rafael Varan (Fransa, "Real”), Pablo Sabaleta (Argentina, "Mançester Siti”)

Xəbər xətti