"Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"

00:45 - 27 Noyabr 2014

"Sent-Etyen"in kapitanı iddialı danışdı  
 
Avropa Liqasının qrup mərhələsində “Qarabağ” səfərdə Fransanın “Sent-Etyen” klubu ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, oyunöncəsi “Sent-Etyen”in kapitanı Loik Perren iddialı açıqlama verib. Fransa təmsilçisinin aparıcı futbolçusu “Qarabağ”la oyunun həlledici qarşılaşma olduğunu bildirib:
 
“Əminəm ki, burada azarkeşlərimiz bizə kömək edəcək. Onlar həmişə bizi tək qoymayıblar. Stadionda atmosferin olacağını bilirəm. İlk dəqiqələrdən yaxşı start verməlyik ki, istədiyimiz nəticəni əldə edək. Bundan başqa, bizi qarşıda vacib çempionat oyunu da gözləyir. Lakin bütün diqqətimizi "Qarabağ"la görüşə yönəltmişik. Ümid dirəm ki, bu oyunda qələbə qazanıb, növbəti mərhələyə yüksəlmək şansını əldə edəcəyik”.   

Xəbər xətti