Konte argentinalı futbolçunu millidə görmək istəyir

02:30 - 27 Noyabr 2014

Millimizin rəqibi hücumçu axtarışında
 
İtaliya yığmasının baş məşqçisi Antonio Konte “Palermo” klubunda forma geyinən Paulo Dibalanı milliləşdirmək istəyir.
 
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis əslən argentinalı futbolçu ilə bağlı fikirlərini bildirib:
 
“Bu futbolçuyla maraqlanırıq. Onunla bu barədə danışığımız olub. Dibala qəarar verməkdə çətinlik çəkir. Futbolçu ailəsiylə məsləhətləşəndən sonra fikrini bildirəcək. Əgər razılıq versə, milliyə dəvət edəcəyəm. Çünki milli komandada onun kimi bir hücumçuya ehtiyac var”.        

Xəbər xətti