"Qarabağ" Fransadan 1 xalla dönür YENİLƏNİB

01:55 - 28 Noyabr 2014

V tur həyəcanı

 

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, yeganə təmsilçimiz olan "Qarabağ" qrupdan çıxmaq şansını saxlamaq üçün vacib səfər görüşü keçirəcək.

 

F qrupunda çıxış edən Ağdam klubu Bakıda qolsuz (0:0) bərabərə qaldığı “Sent-Etyen”lə Fransada münasibətlərinə aydınlıq gətirəcək. "Qarabağ" səfərə ciddi itliklərlə yollansa da, yaxşı nəticə ilə geri dönəcəyinə ümid çoxdur. Hər iki komandanın dörd xalı olması oyunun marağını və gərginliyini artırır. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

 

 

F qrupu

 

00:05. “Sent-Etyen” (Fransa) – “Qarabağ” (Azərbaycan) 1:1 

Qol: Van Volfsinqel,21, V.Nadirov,15,

 

“Sent Etyen”: 16. Ruffier, 2. Theophile-Catherine, 20. Brison, 26. Bayal Sall, 6. Klement, 10. Cohade, 18. Lemoine, 24. Perrin (k), 7. Qradel, 13. Van Volfsvinkel, 21. Amuma

Ehtiyat oyunçular: 30. Moulin, 23. Baysse, 8. Corgnet, 19. Poqba, 28. Diomande, 11. Mollo, 22. Monnet-Paquet

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc, 17. Vüqar Nadirov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 24. Admir Teli, 33. Şəhriyar Əliyev, 18. İlqar Qurbanov, 6. Hacı Əhmadov, 99. Namiq Ələsgərov

 

Baş hakim: Kristin Yakobsson

Hakim köməkçiləri: Siqurdur Oli Torleyfsson, Qunnar Qunnarsson

Əlavə köməkçi hakimlər: Toroddur Hialtalin, Torvardir Arnasson

Dördüncü hakim: Qilfi Mar Siqurdsson (hamısı İslandiya)

Hakim-inspektor: Youni Hiitya (Finlandiya)

UEFA nümayəndəsi: Tobias Volf (Almaniya)

Sent-Etyen. “Ceffri Quiçard” stadionu

 

 

1.

İnter

4

2

2

0

4-1

8

2.

Dnepr

4

1

1

2

2-3

4

3.

Qarabağ

4

1

1

2

2-4

4

4.

Sent-Etyen

4

0

4

0

1-1

4

Xəbər xətti