"Arsenal"ın daha iki futbolçusu sıradan çıxdı

17:10 - 27 Noyabr 2014

London təmsilçisi çətin vəziyyətdə

 

İngiltərənin "Arsenal" klubu ciddi itkilərə məruz qalıb.

 

Sportal.az xəbər verir ki, Mikel Arteta və Yaya Sanoqo Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Borussiya" ilə qarşılaşmada xəsarət alıb. Yaya Sanaqo dizindən Mikel Arteta isə baldırından zədələnib. Futbolçuların yaşıl meydanlara nə vaxt dönəcəyi isə bəlli deyil.

Qeyd edək ki, "Arsenal" - "Borussiya" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xəbər xətti