"Krasnodar" - "Lill" 1:1 VİDEO

00:30 - 28 Noyabr 2014

Fransa təmsilçisi səfərdən 1 xal apardı
 
Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, H qrupunda Rusiyanın “Krasnodar” komandası doğma meydanda Fransa təmsilçisi “Lill”i qəbul edib.
 
35-ci dəqiqədə Arinin qoluyla hesabda önə keçən ev sahibləri fasiləyə üstün yollanıblar. Lakin kranodarlılar bu qələbə hesabını qoruyub saxlaya bilməyiblər. Matçın başa çatmasına 11 dəqiqə qalmış fransızlar bərabərlik qolunu vuraraq səfərdən 1 xal qopara biliblər.   
 
 
"Krasnodar” – "Lill” 1:1
Qollar:  Ari 35-  Roux, 79

 

 

Xəbər xətti