Ölkə kubokunda 1/8 final oyunlarını vaxtı açıqlandı

00:45 - 29 Noyabr 2014

Sumqayıtda Premyer Liqa təmsilçiləri üz-üzə
 
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları dekabrın 3-də keçiriləcək. 
 
Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, bir oyundan ibarət olacaq bu mərhələnin oyunlarının keçirilmə yeri və başlanma saatları məlumdur:
 
Bir oyundan ibarət olan 1/8 final mərhələsində əsas mübarizə yüksək və aşağı dəstə təmsilçiləri arasında gedəcək. Sadəcə, bir qarşılaşma var ki, püşk elitada artıq iki dəfə üz-üzə gələn "Sumqayıt" və "Bakı" komandaları bə dəfə kubokda münasibətlərinə aydınlıq gətirəcəklər.  
 
 
 
 
 
3 dekabr (çərşənbə)
 
15:00.“Sumqayıt” – “Bakı”
“Kapital Bank Arena”
 
17:00.“Simurq” – “Rəvan”
Zaqatala şəhər stadionu
 
13:00.“Neftçala” – AZAL
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
 
15:30.“Qarabağ” – MOİK
Tofiq Bəhramov adına Respublika stadionu
 
18:00.“Şahdağ” – “İnter”
“İnter Arena” stadionu
 
15:00.“Qəbələ” – “Ağsu”
Qəbələ şəhər stadionu,
 
13:00.“Neftçi” – “Qaradağ Lökbatan”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Xəbər xətti