"Real" Silvanın transferinə 12 milyon ödəməyə hazırdır

02:30 - 29 Noyabr 2014

“Kruzeyru” isə futbolçunu satmaq istəmir  
 
“Real” klubu qış fasiləsində Lukas Silvanı “Kruzeyru”dan almaq istəyir.
 
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı futbolçunun transferinə görə, qarşı tərəfə 12 milyon avro ödəməyə razıdır. “Kruzeyru” klubu isə yarımmüdafiəçini 15 milyondan aşağı satmayacağını bəyan edib. “Kral klubu”nun rəsmləri yaxın günlərdə məsələni həll etmək üçün Çənubi Amerikaya səfər edəcəklər.      

Xəbər xətti