Subaşiçli "Manisaspor"u darmadağın etdilər

23:25 - 29 Noyabr 2014

Komanda böyük hesabla məğlub oldu

 

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" da növbəti matçına çıxıb.

Komanda səfərdə "Osmanlıspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Manisaspor" turnir cədvəlində 10 xalla 15-ci pillədədir.

Xəbər xətti