Petr Çex "Milan"la razılığa gəldi

02:30 - 30 Noyabr 2014

"Çelsi" rəhbərliyi çexiyalı qapıçını "Arsenal"a buraxmayıb 
 
Tibo Kurtuanın qayıdışından sonra “Çelsi”də əsas heyətə düşə bilməyən qapıçı Petr Çex London təmsilçisi ilə yollarını ayıracaq.
 
Sportal.az xəbər verir ki, çexiyalı qolkiper qış fasiləsində “Milan” klubuna keçəcək. 32 yaşlı qolkiperlı razılığa gələn İtaliya təmsilçisi Çexin transferinə görə, “zadəganlar”a 7 miyon funt sterlinq ödəyəcək. Bir müddət əvvəl təcrübəli kiperin “Arsenal”a keçidi gözlənilsə də, londonlular əzəli rəqibnin güclənəcəyindən çəkinərək qapıçını satmadı. “Çelsi” rəhbərliyi qapıçını yalnız bir halda keçidinə razılıq verəcək ki, İngiltərədən kənara çıxsın.      

Xəbər xətti