"Liverpul" azarkeşlərindən etiraz

03:30 - 30 Noyabr 2014

Komandanı dəstəkləməyə gələnlər rəhbərlikdən nə tələb etdi?   
 
Cari mövsüm uğursuz çıxış etməsinə baxmayaraq, hər zaman “Liverpul”a dəstək olan azarkeşlər İngiltərə Premyer Liqasının bu turunda “Stok Siti” ilə qarşılaşmada komandanı tək qoymadılar.
 
Sportal.az xəbər verir ki, stadionu tam dolduran azarkeşlərin bu dəfəki tələbi biletlərin qiymətinin aşağı salınması idi. Bu səbəbdən də oyunun gedişində azarkeşlər stadionda böyük pankart çıxarmaqla klub rəhbərliyinə eirazlarını bildiriblər. Qeyd edək ki, 2010-cu ildən etibarən biletlər bahalaşaraq 45 funta qədər yüksəlib.   

Xəbər xətti