"Arsenal" azarkeşləri Arsen Venqeri istefaya səslədilər FOTO

12:35 - 30 Noyabr 2014

London təmsilçisinin azarkeşləri baş məşqçidən narazıdır

 

İngiltərə Premyer Liqasında XIII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Arsenal" səfərdə "Vest Bromviç"lə üz-üzə gəlib. Həmin görüşdə London təmsilçisinin azarkeşləri baş məşqçi Arsen Venqeri istefaya səsləyib. Fanatlar "Arsen, xatirələrə görə çox sağ ol, ancaq indi vidalaşmaq vaxtıdır" yazılı banner açıblar.

Qeyd edək ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 60-ci dəqiqədə Danni Uelbek vurub

60-cı dəqiqədə Danni Uelbek

Xəbər xətti