"Yuventus"da böyük şok: yarımmüdafiəçi 3 ay yaşıl meydanlardan kənar qalacaq

15:05 - 30 Noyabr 2014

Asamoadan İtaliya təmsilçisinə bəd xəbər

 

"Yuventus" klubu ciddi itkiyə məruz qalıb.

 

Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən sayılan Kvadvo Asamoa zədələnib. Klubdan verilən açıqlamaya görə futbolçu 3 ay komandasına kömək edə bilməyəcək.

 

66 oyunda Qana milli komandasının formasını geyinən Asamoa Afrika Millətlər Kubokunda da iştirak etməyəcək. Afrikalı futbolçunun zədəsinin gələn ilin fevral ayında sağalacağı ehtimal olunur.

 

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında "Olimpiakos"la qarşılaşmada sol dizindən zədələnmişdi.

Xəbər xətti