Erat oynamadı, komandası məğlub oldu

16:00 - 30 Noyabr 2014

"Fortuna"nı çempionatın autsayderi məyus etdi

 

Almaniyanın ikinci bundesliqasında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Toğrul Eratın çıxış etdiyi "Fortuna" da növbəti matçına çıxıb.

Komanda səfərdə autsayder "Aalen"lə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Futbolçumuz bu qarşılaşmada iştirak etməyib.
 
Qeyd edək ki,  "Fortuna" turnir cədvəlində 25 xalla 3-cü pillədədir.

Xəbər xətti