Ture karyerasını başa vurur

00:45 - 3 Dekabr 2014

"Afrika kubokundan sonra millidən gedəcəyəm"
 
"Liverpul" klubunun müdafiəçisi Kolo Ture milli komandada karyerasını başa vuracağı tarixi açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Fil Dişi Sahili yığmasının aparıcı  üzvü gələn il keçiriləcək Afrika kubokundan sonra əsas komandayla vidalaşacağını bildirib:
 
"Millidə karyeramı başa vurmağa hazırlaşıram. Afrika kubokuna dəvət aldığım üçün şadam. Həmin turnirdə var-gücümlə çıxış edəcəm. Bundan sonra artıq yığmadakı karyeramı başa vura bilərəm".
Qeyd edək ki, 2000-ci ildən Fil Dişi Sahili yığmasının şərəfini qoruyan 33 yaşlı futbolçu keçirdiyi 108 oyunda 6 qol vurub. 
 

Xəbər xətti