Georgi Çixradze: "Yaxşı oyun sərgilədik"

20:13 - 3 Dekabr 2014

"Azarkeşlərə təşəkkür edirəm"

 

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Rəvan” üzərində qələbə qazanan “Simurq” növbəti mərhələyə vəsiqə qazandı.

 

Sportal.az xəbər verir ki, "Simurq" klubunun baş məşqçisi Georgi Çixradze oyundan sonra öz fikirlərini bildirib: 

 

“Mərhələnin taleyi bir oyunla həll olunur. Ona görə də nəticə vacibdir. Biz bu gün yaxşı oyun sərgilədik və qollar vurduq. Qələbə münasibəti ilə futbolçuları və azarkeşlərimizi təbrik edirəm, onlara təşəkkür edirəm”.

Xəbər xətti