Kaxaber Sxadadze: "Hədəflərə çatdıq"

20:35 - 3 Dekabr 2014

Baş məşqçidən açıqlama

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Şahdağ”ı 3:0 hesabı ilə məğlub edən “İnter”in baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra fikrilərini bölüşüb.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi bunları deyib:

 

“İlk növbədə hədəf növbəti mərhələyə yüksəlmək idi. İkinci planımızda isə praktikası az olan futbolçulara şans vermək vardı. Sevinirəm ki, hər iki hədəfə çatdıq. Oyunu zədəsiz başa vurmaq da yaxşı oldu. Qarşıda bizi çətin oyunçular gözləyir. Həmin qarşılaşmalara hazırlaşmalıyıq.” 

Xəbər xətti