"Sanderlend" - "Mançester Siti" 1:4 VİDEO

01:45 - 4 Dekabr 2014

Serxio Aquero dubl etdi  
 
İngiltərə Premyer Liqasında 14-cü turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, hesabat turunun ikinci günündə “Mançester Siti” səfərdə "Sanderlend"in qonağı olub.
 
19-cu dəqiqədə Vikhamın qolu sayəsində ev sahibləri hesabı açıblar. Lakin meydan sahiblərinin qol sevinci iki dəqiqə çəkib. "Şəhərlilər"in argentinalı hücumçusu Serxio Aquero hesba tarazlqı gətirib. İlk yarının başa çatmasına 6 dəqiqə qalmış Yovetiç qonaqları hesabda önə çıxarıb.
 
İkinci hissənin əvvəlində Zabaleta hesab arasında fərqi artırıb. Daha sonra Aquero dubl edərək oyunda son nöqtəni qoyub.      
 
“Sanderlend” – “Mançester Siti”  1:4
Qollar: Vikham, 19 - Aquero, 21, 72, Yovetiç, 39, Zabaleta, 55
 

 

Xəbər xətti