Amitsiz "Atletiko" məğlub oldu

19:10 - 4 Dekabr 2014

Komanda "Oriental"a uduzub

 

Futbol üzrə Portuqaliya 2-ci Liqasında (Sequnda Liqa) 17-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Amit Quluzadənin çıxış etdiyi "Atletiko" doğma meydanda "Oriental"la qarşılaşıb.
 

Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ötən turda oynamayan Quluzadə bu dəfə də meydana çıxmayıb.

Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 19 xalla 18-ci pillədədir.

Xəbər xətti