“Benfika”nın rəsmi kanalı kluba nə qədər qəlir gətirir?

02:00 - 5 Dekabr 2014

Klub rəsmisi illik gəliri açıqladı
 
“Benfika”nın səfər oyunlarını canlı yayımlayan klubun rəsmi kanalı 36 milyon avro gəlir əldə edib.
 
Sportal.az xəbər verir ki,  artıq bundan sonra “Benfika”nın kənarda oyanayacağı bütün matçları klubun rəsmi kanalı göstərəcək. Klub rəsmisi Dominges Olibeyra bildiriob ki, kanaldan klubun büdçəsinə illik 36 milyon avro gəlir qalır:
 
“Hazırda 300 min abunəçimiz var. Onlar ayda 10 avro ödəməklə “Benfika”nın səfər oyunlarını kanaldan izləyir. Abunəçilərdən ayda 3 milyon avro qazanırıq. Bundan savayı, reklamlardan əldə etdiyimiz qazanc kifayət qədərdir”.            

Xəbər xətti