Paraqvay millisinin əfsanəvi qapıçısı Ramon Diasın əleyhinə çıxdı

03:15 - 5 Dekabr 2014

Xose Luis Çilovert: "Bizə yığmada böyük təcrübəsi olan məşqçi lazımıdır" 
 
Paraqvay millisinin sabiq qapıçısı Xose Luis Çilovert yığma komandanın baş məşqçi postuna Ramon Diasın gətirilməsinin əleyhinə çıxıb.
 
Sportal.az xəbər verir ki, əvsanəvi qolkiper argentinalı mütəxəssisin Paraqvay millisinə xeyir verməyəcəyini deyib:
 
“Paraqvay millisinə Ramon Dias kimi baş məşqçi lazım deyil. Onun elə də böyük təcrübəsi yoxdur ki,  yeni bir komanda qursun. Milliyə yeni heyət formalaşdıra biləcək bir mütəxəssisə ehtiyac var. Ona görə də bizə yığmada böyük təcrübəsi olan məşqçi lazımıdr. Baş məşqçi axtarışı zamanı seçimlə bağlı müzakirələr aparılanda mən federasiya rəhbərliyinə öz fikrimi bildirdim. Belə olan halda onların baş məşqçi seçiminə düzgün hesab etmirəm. Millimizin Diasın başçılığı altında uğur qazançağına inanmıram” 

Xəbər xətti