Qurbanov Mançinini qabaqlayacaq

13:00 - 8 Dekabr 2014

Mətbuat konfranslarının vaxtı bəllidi

 

Avropa Liqasının qrup mərhələsinin son matçında “Qarabağ”ın qonağı olacaq “İnter”in səfər proqramı bəllidi.

 

Sportal.az xəbər verir ki, oyuna bir gün qalmış bakıya gələcək "İnter"in baş məşqçisi  Roberto Mançininin mətbuat konfransı saat 20:00-a nəzərdə tutulub. 

 

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov isə mançinini qabaqlayaraq saat 18:00-da jurnalistlər önünə çıxacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər xətti