Macarıstan millisində yeni baş məşqçi

00:45 - 10 Dekabr 2014

Atılla Pinteri Dardai əvəzlədi
 
AÇ-2016-nın seçmə mərhələsinin F qrupunda mübarizə aparan Macarıstan millisinin yeni baş məşqçisi məlum olub.
 
Sportal.az xəbər verir ki, sentyabrda istefa verən Atılla Pinteri yerini baş məşqçi postunda Pal Dardai tutub. Qrupda 3-cü pillədə qərarlaşan Macarıstan millisi yeni baş məşqçinin rəhbərliyi altında seçmə mərhələdə ilk matçını gələn il martın 29-da Yunanıstan yığmasına qarşı keçirəcək.   

Xəbər xətti