"Liverpul" - "Bazel" 1:1 VİDEO

02:15 - 10 Dekabr 2014

Frey "qırmızılar"ı ÇL-dən məhrum etdi 
 
Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, B qrupunda "Real"dan sonra ikinci olaraq növbəti mərhələyə adlayacaq komanda "Liverpul" - "Bazel" matçında qeydə alınacaq nəticədən asılıdı idi.
 
İngiltərə təmsilçisi qalib gələcəyi halda qitənin ən nüfuzlu turnirində yoluna davam edəcəkdi. Lakin 25-ci dəqiqədə isveçrəli Freyin qolu ingilislərin palnlarını alt-üst etdi. Fasiləyə məğlub durumda yollanan meydan sahibləri yalnız oyunun sonlarında bərabərlik qolunu vura bilib. Belədə qrupu 3-cü yerdə başa vuran “Liverpul” bundan sonra mübarizəni Avropa Liqasında davam etdirəcək.   
 
"Liverpul" - "Bazel"  1:1 
Qollar: Cerrard, 81 - Frey, 25

 


 

Xəbər xətti