Ramin Musayev: "Qarabağ" qəlbimizdə qalibdir"

01:15 - 12 Dekabr 2014

"Etirazların heç bir əhəmiyyəti yoxdur"
 
"Nə demək olar? Sonra da deyirsiniz, azərbaycanlı hakimlər zəifdir".

Sportal.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən “Qarabağ” – “İnter” oyunundan sonra (0:0) jurnalistlərə açıqlamasında deyib.

Riçard Almeydanın matçın son dəqiqələrində vurduğu qolun qeydə alınmamasına münasibət bildirən R.Musayev bundan ediləcək etirazların nəticəsiz qalacağını vurğulayıb: "Bundan sonra nə etmək olar? Etirazların heç bir əhəmiyyəti yoxdur. "Qarabağ" bizim qəlbimizdə qalibdir".

Xəbər xətti