"Dinamo" (Z) - "Seltik" 4:3 VİDEO

02:30 - 12 Dekabr 2014

Zaqreb təmsilçisi "zolaqlılar"dan 3 xal qopardı

Avropa Liqasının qrup mərhələsində 6-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Zaqrebdə keçirilən “Dinamo” (Z) – “Seltik” qarşılaşması məhsuldarlığı ilə seçilib. Hesabı ev sahibləri açsa da, sonra qonaqlar bərabərlik qolunu vurub. Bu azmış kimi meydan sahiblərini ikinci dəfə cəzalandıran şotlandiyalılar hesabda üstünlük əldə ediblər. Lakin fasiləyə qədər zaqreblilər hesaba  tarazlıq gətiriblər. İkinci 45 dəqiqədə daha üstün oyun sərgiləyən meydan sahibləri sonda çətinliklə olsa belə qələbəni bayram ediblər.
 
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Seltik" (Şotlandiya)  4:3
Qollar: Pyaca, 14, 40, 50, Brozoviç, 48 - Kommons, 23, Şepoviç, 30, Pivariç, 81-öz qapısına

 


 

Xəbər xətti