"Arsenal"da zədə epidemiyası davam edir

19:35 - 12 Dekabr 2014

Yarımmüdafiəçi sıradan çıxıb

 

"Arsenal" klubu daha bir ciddi itkiyə məruz qalıb.

Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Aron Remzi zədələnib.

Çempionlar Liqasının son turunda "Qalatasaray"la qarşılaşmada xəsarət alan yarımmüdafiəçi 4 həftə yaşıl meydanlardan kənarda qalacaq

Qeyd edək ki, "Arsenal"da Teo Uolkot, Cek Uilşir, Məsut Özil, Mikel Arteta, Abu Diabi, Tomas Rosiçki, David Ospina və Serje Qnabri zədə səbəbindən forma geyinə bilmirlər.

Xəbər xətti