"Çelsi"nin qapıçısı zədələndi

23:15 - 12 Dekabr 2014

Kurtua sıradan çıxdı

 

İngiltərənin "Çelsi" klubu ciddi itkiyə məruz qalıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Tibo Kurtua zədələnib. Belçika millisinin də şərəfini qoruyan qolkiper əzələsini dartıb. O, İngiltərə Premyer Liqasının 16-cı turunda "Hall Siti" ilə qarşıılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, T.Kurtua İngiltərə Premyer Liqasında cari mövsümdə indiyə kimi bütün qarşılaşmalarda iştirak edib.

Xəbər xətti