"Simurq" son məşqinə çıxdı

12:15 - 13 Dekabr 2014

XVI tura son hazırlıq

 

Premyer Liqanın XVI turunda doğma arenada "İnter"lə üz-üzə gəlməyə hazırlaşan komandamız çalışmaları tamamlayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Son məşqini də edən "Simurq", artıq istirahətə çəkilərək görüşün start fitini gözləməyə başlayıb.

 
Hazırlıqda əvəzedici heyətdə matça çıxmış Murad Səttarlı, Oruc Balaşlı, Kənan Müslümov, Məhərrəm Hüseynov və Rəşad Əzizov iştirak etməyib. Həmçinin zədəli olan Vüqar Mustafayev və Patrik Osiakoda komandadan ayrı düşüb. Hər iki futbolçu hazırda bərpa prossesi keçir.  
 
 
Qeyd edək ki, saat 17:00-da başlayacaq "Simurq" - "İnter" oyunu "Simurq TV" vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Orxan Məmmədovun rəhbərlik edəcəyi hakimlər briqadası idarə edəcək.  

Xəbər xətti