"Çelsi" təcrübəli futbolçu ilə müqavilə yeniləyəcək

14:30 - 14 Dekabr 2014

Con Terri komandada qalır
 
İngiltərənin  "Çelsi" klubu Con Terri ilə yeni müqavilə imzalayacaq.
 
Sportal.az xəbər verir ki, London təmsilçisi mövsümün sonunda təcrübəli müdafiəçi ilə müqaviləni yeniləyəcək.
 
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Terri haqda bunları söyləyib: "Hər futbolçu fərqlidir. Bəzi futbolçular 36-37 yaşında gənc qalırlar. Terri həmin futbolçulardandır. "İnter"də çalışdığım vaxt Xavyer Zanettinin də 37 yaşı var idi. Terrinin uzun müddət oynayacağını deyə bilmərə. Bunu proqnozlaşdırmaq çətindir." 
 
Qeyd edək ki, 34 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. 

Xəbər xətti