İngiltərə Premyer Liqası: "Liverpul" üzüldü, "Tottenhem" sevindi

00:20 - 15 Dekabr 2014

"Everton" - KPR matçıyla tura yekun vurulacaq
 
İngiltərə Premyer Liqasında 16-cı turun qalan oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, hesabat turunun ilk günündə 7 qarşılaşma baş tutub. Lider “Çelsi” doğma meydanda “Hall Siti”ni sınağa çəkib. Edvin Azardın qoluyla hesabı erkən açan “zadəganlar” fasiləyə üstün yollanıblar. Joze Mourinyonun komandası ikinci hissədə daha bir qol vuraraq 2:0 hesabı ilə qələbə qazanıb.
 
“Arsenal” isə son vaxtlar uğurlu çıxış edən “Nyukasl”ı qəbul edib. “Çelsi”nin edə bilmədiyini bir həftə sonra Arsen Vengerin komandası “Ağ-qaralar”la oyunda ikiqat edib. Belə ki, “topçular” rəqibini 4:1 hesabı ilə məğlub edib.
“Mançester Yunayted” doğma publika önündə əzəli rəqiblərindən biri “Liverpul”u sınağa çəkib. “Qırmızı şeytanlar” Runi, Mata və van Persinin qollarıyla rəqibinə 3:0 hesabıyla qalib gəlib. “Suonsi” isə doğma meydanda “Tottenhem”ə məğlub olub.       
 
İngiltərə Premyer Liqası 16-cı tur
 
 
13 dekabr
 
“Bernli” – “Sauthempton”  1:0
Qol: Barnes, 23
 
“Çelsi” – “Hall Siti”  2:0
Qollar: Azard, 7, Kosta, 68
 
“Kristal Pelas” – “Stok Siti”  1:1
Qollar: MkArtur, 11 – Krauç, 13
 
 “Lester” – “Mançester Siti”  0:1
Qol: Lempart, 40
 
“Sanderlend” – “Vest Hem”  1:1
Qollar: Qomes, 22-pen - Dauninq, 29
 
“Vest Bromviç” – “Aston Villa”  1:0
Qol: Qardner, 72
 
“Arsenal” – “Nyukasl”  4:1
Qollar: Jiru, 15, 58, Kasorla, 54, 88-pen - Peres, 63
 
14 dekabr
 
“Mançester Yunayted” - “Liverpul”  3:0
Qollar: Runi, 12, Mata, 40, van Persi, 71
 
“Suonsi” – “Tottenhem”  1:2
Qollar: Boni, 48 – Kin, 4, Eriksen, 89
 
15 dekabr
 
00:00 “Everton” – KPR

Xəbər xətti