Zambiya millisinin futbolçuları qəzaya uğradı

04:00 - 15 Dekabr 2014

3 nəfər dünyasını dəyişdi və 3-ü yaralandı  
 
Zambiya milli komandasının 3 futbolçusu avtomobilı qəzasına uğrayıb.
 
Sportal.az xəbər verir ki, 2015-ci ildə Afrika Millətlər kubokuna hazırlıq görmək üçün futbolçular millinin bazasına yığıblar. “Zesko Yunayted” klubunun mini avtobusuyla millinin toplanışına yollanan futbolçular qəzaya uğrayıblar.Ciplə toqquşma nəticəsində avtobusun sürücüsü və daha iki nəfər hadisə yerində dünyasını dəyişib.
 
2012-ci ildə Zambiya millisində Afrika kubokunu qazanan Mulenqa qəzada ciddi xəsarət alıb. Xəstəxanaya aparılan 27 yaşlı futbolçunun sağ ayağında sınıqlar aşkarlanıb. Zambiyalı müdafiəçi yanvarın 17-də start götürəcək turnirdə millisinə kömək edə bilməyəcək. Komandanın digər üzvləri Kalale və Çakava yüngül xəsarət alıb.                  i     
 

Xəbər xətti