"Simurq"da yeni müqavilə

11:05 - 16 Dekabr 2014

Mövsümün sonu qədər

 

"Simurq" Peşəkar İdman Klubu bu gün belçikalı yarımmüdafiəçisi Benjamin Lambotla yeni müqavilə imzalayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu mövsümün sonuna qədər Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparacaq.

 

Qeyd edək ki, ötən mövsüm qış fasiləsində "Simurq"un heyətinə cəlb olunan Benjamin Lambot Topaz Premyer Liqasında 30 qarşılaşmada meydana çıxıb.

Xəbər xətti