Daha bir futbol əfsanəsi karyerasını bitirdi

12:35 - 16 Dekabr 2014

37 yaşlı futbolçu futboldan getdi

 

"Monako", "Yuventus", "Arsenal", "Barselona", "Nyu-York Red Bulls" kimi komandalrda forma geyinən 37 yaşlı fransalı əfsanə Tyerri Anri karyerasını rəsmən başa vurub.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, bundan sonra "Sky Sports"da şərhçilik edəcəyini bildirən Anri karyerasının "qızıl" dövrünü "Arsenal"da yaşayıb. Burada keçirdiyi 377 matçda 228 dəfə qol vurmağı bacarıb.

 

Qeyd edək ki, Anri milli karyerasında Fransa yığması ilə birlikdə 1998-ci ildə Dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu sevincini yaşayıb.

Xəbər xətti